Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün daha iki oyun baş tutacaq.

Heftelik.az-ın məlumatına görə, E qrupunda Belçika Slovakiya ilə qarşılaşacaq.

D qrupunda Fransa Avstriyanı sınağa çəkəcək.

AVRO-2024
I tur

20:00. Belçika – Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
“Frankfurt Arena”.

D qrupu
23:00. Avstriya – Fransa

Baş hakim: Xesus Gil Manzano (İspaniya).
“Düsseldorf Arena”.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.