Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə – Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.
Heftelik.az-ın məlumatına görə, yığmaya qələbə qazandıran qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub.
Gürcüstan millisinin heyətində isə 32-ci dəqiqədə Georgi Mikautadze fərqlənib.