Almaniyada keçirilən Avropa çempionatının F qrupunda yer alan Portuqaliya və Çexiya komandaları böyük turnirlərdə dördüncü dəfə üz-üzə gələcəklər.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, buna qədər komandalar ümumilikdə 5 rəsmi yarışda rəqib olublar.
Tərəflər 1996, 2008 və 2012-ci illərdə keçirilən Avropa çempionatlarında qarşılaşıblar. Digər iki görüş isə 2022-ci ildə UEFA Millətlər Liqasında olub.
Komandalar arasındakı görüşlərdə Çexiya cəmi 1 dəfə – 1996-cı ildə qələbə qazanmağı bacarıb. Qalan bütün oyunlarda Portuqaliya rəqibini üstələyib.
F qrupunda yer alan digər komandalar – Türkiyə və Gürcüstan heç vaxt böyük turnirlərin final mərhələsində rəqib olmayıb. Seçmə mərhələlər və yoldaşlıq görüşlərində isə komandalar ümumilikdə 5 dəfə üz-üzə gəliblər. Bunların üçündə Türkiyə, birində Gürcüstan millisi qələbə qazanıb. Bir oyun isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, Türkiyə – Gürcüstan oyunu Bakı vaxtı ilə saat 20:00-da, Portuqaliya – Çexiya matçı isə 23:00-da start götürəcək.