Avropa çempionatının ilk oyununda Ukrayna yığması Rumıniyaya 0:3 hesabı ilə məğlub olub.
Heftelik.az-;n “goal.com” portalına istinadən verdiyi məlumata görə, görüş başa çatdıqdan sonra ukraynalı futbolçular baş məşqçi Sergey Rebrovun paltardəyişmə otağını tərk etməsini tələb ediblər.
Oyunçular mentorun iştirakı olmadan söhbət etmək qərarına gəliblər.
AVRO-2024-ün qrup mərhələsinin ikinci turunda Ukrayna millisi Slovakiya yığması ilə qarşılaşacaq. Bu mərhələnin son oyununda Rebrovun komandası Belçika ilə üz-üzə gələcək.
Qeyd edək ki, iyunun 14-ü start götürən Avropa çempionatı iyulun 14-dək Almaniyada keçiriləcək.