Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun oyunları start götürəcək.

Heftelk.az-ın Report-a istinadən verdiyi məlumata görə,  günün ilk qarşılaşması Hamburq şəhərində, Xorvatiya və Albaniya seçmələri arasında baş tutacaq.

Xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

A qrupunda ikinci turun ilk qarşılaşmasında isə Ştutqartda Almaniya və Macarıstan komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Bundestim AVRO-2024-ün açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün sonunda Şotlandiya – İsveçrə qarşılaşması keçiriləcək. Matç Helzenkirhen şəhərində reallaşacaq.

AVRO-2024

19 iyun

II tur

B qrupu

17:00. Xorvatiya – Albaniya

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, “Folksparkştadion” stadionu.

A qrupu

20:00. Almaniya – Macarıstan

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, “MHP Arena” stadionu.

23:00. Şotlandiya – İsveçrə

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu.