Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Heftelik.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonu ərazisində yerləşən Parlament prospekti, Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri ilə əlaqədar bu gün saat 20:00-dan sabah saat 23:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.