Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Heftelik.az-ın xəbərinə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Meyitlər bənddən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda onların kimliyi dəqiqləşdirilir.