Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Xəzər rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, iyunun 19-da saat 3 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mətləb Süleymanlının rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Adil Talıbova xəsarətlər yetirməsinə və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mətləb Süleymanlı iş üzrə şübhəli şəxs qismində tutulub.