Meyxanaçı Ağamirzə Məmmədov “Xəzər” TV-də “Qonaqcanlı” verilişində qızından danışıb.

Heftelik.az-ın məlumatına görə,  meyxanaçı qızının ABŞ-da Mehdi adlı bəylə ailə həyatı qurduğunu bildirib.

Ağamirzə Məmmədov deyib ki, oğlan ABŞ-da işləyirdi: “Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. Toyu da müğənni Elariz Məmmədoğlu idarə edib”.