Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.
Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar – 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.
Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.
Günün sonunda B qrupunda İspaniya – İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq. Bu oyunu erkən final kimi qiymətləndirənlər də var.
İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.
AVRO-2024
20 iyun
II tur
C qrupu
17:00. Sloveniya – Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, “Alyans Arena”.
20:00. Danimarka – İngiltərə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, “Valdştadion”.
B qrupu
23:00. İspaniya – İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, “Feltins Arena”.