Təşkilatlar tərəfindən alınması nəzərdə tutulan xidməti silahların sayı və növü Baş İctimai Təhlükəsizlik İdarəsi ilə razılaşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.

Norması Baş İctimai Təhlükəsizlik İdarəsi (BİTİ) ilə razılaşdırılmamış silah və patronların alınmasına xüsusi icazə verilmir. Yeni patronların alınmasına, əvvəlki patronların istifadə olunduğunu təsdiqləyən müvafiq sənəd təqdim edildikdə xüsusi icazə verilir.