“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsində göstərilən korrespondensiyaların və digər göndərişlərin toxunulmazlığının pozulmasına, yəni açılmasına, yoxlanılmasına və ya həbs edilməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsində göstərilən korrespondensiyaların və digər göndərişlərin toxunulmazlığının pozulmasına, yəni açılmasına, yoxlanılmasına və ya həbs edilməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.