Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 900-ü ötüb.
Heftelik.az-ın “France-Presse”-ə istinadən verdiyi məlumata görə, indiyə qədər Həcc ziyarəti zamanı 922 nəfər ölüb.
Ölənlərin 600-ə yaxını misirli zəvvarlardır. Ölənlər arasında İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşları olan zəvvarlar var.
Bununla belə, Səudiyyə Ərəbistanı rəsmi olaraq ölkədə istidən həlak olan zəvvarlar barədə məlumat yaymayıb.
Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturunun 51 dərəcəyə çatıb.