İcra qeydlərinin hansı məlumatları özündə əks etdirməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:

– icra qeydi aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;

– tələbkarın adı və ünvanı;

– borclunun adı və ünvanı;

– ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə);

– haqqın miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği;

– icra qeydinin aparıldığı tarix (il, ay, gün);

– icra qeydinin reyestrdə qeyd olunduğu nömrə;

– icra qeydi aparan notariusun imzası və şəxsi gerbli möhürü.