Kürdəmir sakini güllələndi

20 İyun 2024, 11:02

Kürdəmirdə silahlı insident olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Carlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədov arasında mübahisə yaranıb. X. Abdullayev ov tüfəngi ilə R. Məmmədovu güllələyib.

Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.