Mağazada silahın qəbul edilməsi barədə silahı təqdim edən şəxsə qəbz verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.

Qəbz xüsusi icazə ilə birlikdə 10 gün müddətində aidiyyəti polis orqanına təqdim edilir. Mağazada həmin silahın satılması barədə BİTİ-yə və ərazi polis orqanına məlumat daxil olduqda həmin silah uçotdan çıxarılır.