Quba sakininin evindən oğurluq edən şəxslərin 1 aya yaxındır, azadlıqda gəzməsi ilə bağlı iddialara rəsmi münasibət bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Heftelik.az-a bildirilib görə, rayon sakini Zeynal Tarverdiyevin müraciəti ilə bağlı Quba RPŞ-də araşdırmalar aparılıb.
Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur: “Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
Qeyd edək ki, Z.Tarverdiyev Hurriyyet.az-a açıqlamasında mayın 30-da bir neçə nəfər şəxsin evindəki əşyaları oğurladığını, hətta qazi oğluna məxsus əlil arabasını apardığını bildirmişdi. O, aktlaşdırma işləri aparılsa da, oğruların bu günə qədər azadlıqda gəzdiyini iddia etmişdi.