Şəhər, rayon polis orqanları tərəfindən hansı məsələlər üzrə xüsusi icazələr, şəhadətnamələr verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Şəhər, rayon polis orqanları tərəfindən aşağıdakı məsələlər üzrə xüsusi icazələr, şəhadətnamələr verilir:
– Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarına, hüquqi şəxslərə respublika daxilində xidməti silahın, habelə onun sursatının daşınmasına (Təlimata 6 nömrəli əlavə), saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə (Təlimata 7 nömrəli əlavə);
– Azərbaycan Respublikasının vətəndaşlarına qeydiyyatda olan yivsiz lüləli mülki silahın alınmasına, müəyyən olunmuş qaydada saxlanılmasına, təyinatı üzrə istifadə edilməsinə, habelə digər şəxslərin adına sənədləşdirilməsinə;
– Təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslərə yivli və yivsiz lüləli xidməti silahların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə.