İdman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün vətəndaşlara verilən şəhadətnamənin etibarlılıq müddəti 3 ildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Etibarlılıq müddətinin bitməsinə 3 ay qalmış onun uzadılması üçün vətəndaşın ərizəsi, silahın saxlanılmasına, gəzdirilməsinə, təyinatı üzrə istifadə edilməsinə verilən xüsusi icazə və şəhadətnamə, silahın özü və təkrar qeydiyyata görə dövlət rüsumunun ödənilməsini təsdiq edən bank və ya poçt sənədinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi təqdim edilir. Ərizəyə 1 ay müddətində baxılır. Xüsusi icazə və şəhadətnamə 3 il müddətinə uzadılır.