Xidməti ərazidə yaşayan mülki silah sahiblərinin, həmçinin orada yerləşən icazə sisteminə aid obyektlərin, əşya və maddələrin uçotu müvafiq uçot və qeydiyyat kitabı üzrə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Silahın qeydiyyatı onun markası, kalibri, nömrəsi, habelə silahı satan ticarət müəssisəsi barədə məlumatlar göstərilməklə xüsusi kitabda aparılır.
Polis sahə inspektorları:
– Xidməti ərazidə yerləşən icazə sistemi obyektlərinin və silah sahiblərinin uçotunu aparır;
– İldə bir dəfədən az olmayaraq vətəndaşlara məxsus silahların saxlanılması qaydalarına riayət edilməsinin vəziyyətini yoxlayır və nəticəsi barədə raportla ərazi polis orqanının rəisinə məruzə edir.