Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında baş tutacaq.
Slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər – 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.
D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində münasibətlərinə aydınlıq gətirəcəklər. I turda Polşa Niderlanda (1:2) Avstriya isə Fransaya (0:1) məğlub olub.
Bu qrupun Niderland – Fransa qarşılaşması günün son matçı olacaq. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşəcək.
AVRO-2024
21 iyun
II tur
E qrupu
17:00. Slovakiya – Ukrayna
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf, “Esprit Arena”.
D qrupu
20:00. Polşa – Avstriya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin Olimpiya Stadionu.
23:00. Niderland – Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə).
Leyptsiq, “Red Bull Arena”.