Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya – Ukrayna görüşü başa çatıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Düsseldorf şəhərindəki “Esprit Arena”da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıb – 2:1.

Hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə “status-kvo” bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.