Xidməti silah onun saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilmiş şəxslərə (dövlət orqanının və hüquqi şəxsin rəhbərinin qərarı ilə) ayrılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Şəhadətnamədə «xidməti vəzifəsinin icrası zamanı etibarlıdır» sözləri yazılır. Dövlət orqanının və ya hüquqi şəxsin işçisinə xidməti silahın saxlanılması və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamənin verilməsi üçün onun rəhbəri tərəfindən ərazi polis orqanına rəsmi müraciət olunmalıdır.