Dəniz protesti haqqında ərizədə hadisənin təsviri və kapitana etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün kapitanın gördüyü tədbirlər göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Gəmi kapitanı dəniz protesti haqqında ərizədə şərh olunmuş halların təsdiq edilməsi üçün SSRİ Dəniz Ticarət Gəmiçiliyi Məcəlləsinin 290-cı maddəsinə müvafiq surətdə ərizə ilə birlikdə, yaxud gəminin Azərbaycan Respublikası limanına daxil olduğu vaxtdan və ya hadisə limanda baş vermişsə, hadisə baş verdiyi vaxtdan ən çoxu yeddi gün müddətində gəmi jurnalını və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarışı nəzərdən keçirmək üçün notariusa verməlidir.