Əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın və ya Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra əcnəbiyə çatası əmlakın qorunması ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu Təlimatda ifadə olunmuş qaydalar üzrə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.