Azərbaycan Respublikası Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız icra edilmədikdə həmin obyektin xəzinə, bank və digər ödəniş hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatların dayandırılması barədə Azərbaycan Respublikası Hesablama Palatasının təqdimatının xəzinə orqanları və ödəniş xidməti təchizatçıları tərəfindən icra edilməməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Azərbaycan Respublikası Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız icra edilmədikdə həmin obyektin xəzinə, bank və digər ödəniş hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatların dayandırılması barədə Azərbaycan Respublikası Hesablama Palatasının təqdimatının xəzinə orqanları və ödəniş xidməti təchizatçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.