İbtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, müstəntiq tələblərə riayət etməklə yenidən ittiham elan etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İbtidai istintaq zamanı elan edilmiş ittihamın bir hissəsi təsdiq edilmədikdə, müstəntiq öz qərarı ilə ittihamın həmin hissəsində cinayət işi üzrə icraata xitam verir, onu təqsirləndirilən şəxsə elan edir və qərarın surətini ona təqdim edir.