İcazə sistemi üzrə həyata keçirilən fəaliyyətə görə şəhər, rayon, nəqliyyatda polis orqanlarının rəisləri şəxsən məsuliyyət daşıyırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
İcazə sistemi üzrə fəaliyyət Azərbaycan Respublikası DİN-in, Naxçıvan MR DİN-in, Bakı şəhər və Nəqliyyatda baş polis idarələrinin, şəhər, rayon polis orqanlarının planları və növbətçi hissələr, cinayət axtarış, ictimai təhlükəsizlik, pasport-qeydiyyat, habelə post-patrul xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi əsasında təşkil olunur.