Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan, xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan, xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.