Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Mingəçevir şəhər prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.