Nəqliyyatda polis orqanları mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslərə yivli və yivsiz xidməti silahın saxlanılmasına, gəzdirilməsinə, daşınmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazələr və şəhadətnamələr verirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Şəhər, rayon polis orqanları tərəfindən yalnız öz inzibati ərazilərində qeydiyyatda olan və yaşayan vətəndaşlara ov və idman silahlarının dövriyyəsi ilə bağlı xüsusi icazələr (şəhadətnamələr) verirlər.