Əldə edilmiş və satılmış xidməti və mülki silahlara dair uçot sənədləri 10 il müddətində saxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Satışda olan yivli lüləli xidməti və mülki silahdan atılmış giliz və güllə nümunələri Daxili İşlər Nazirliyinin (DİN) gülləgiliztekasına təqdim edilməlidir. Nəzarət-yoxlama atəşi keçirilməmiş yivli silahların satışı qadağandır. Mağazaya qəbul edilən silah və sursatın qeydiyyatı aparılmalıdır.