Çağırışlar üzrə şahid və ekspert gəlmədikdə, notarius Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün bu barədə şahidin və ya ekspertin yaşayış yerindəki məhkəməyə məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notarius bilə-bilə yalan ifadə, yalan rəy verməyə görə və yaxud ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-298-ci maddələrinə əsasən məsuliyyət haqqında şahidi və eksperti xəbərdar edir.