Ticarət müəssisələrinin verdiyi məlumata əsasən ərazi polis orqanlarında pnevmatik silahların uçot və qeydiyyatı aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
İstifadəsində mülki (odlu və qazla işləyən) silah olan hər bir vətəndaşa şəxsi iş açılır. Yivli silah sahiblərinin şəxsi işləri Baş İctimai Təhlükəsizlik İdarəsində, yivsiz ov silahı və qazla işləyən silah sahiblərinin şəxsi işləri isə ərazi polis orqanlarında aparılır.