Qaz tapançalarının (aerozol qurğuları istisna olmaqla) əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə Baş İctimai Təhlükəsizlik İdarəsi (BİTİ)  tərəfindən verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.

Qaz tapançalarının əldə edilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

–  Ərizə;

– Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;

– Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;

– 3 x 4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

– Qaz tapançalarının satış məqsədilə Azərbaycan Respublikasına gətirilməsinə xüsusi icazə yalnız silah-sursat satmaq hüququna malik olan hüquqi şəxslərə verilir.