Hər bir icazə sistemi obyekti üçün uçot-nəzarət işi açılır və onlara kitab üzrə qeydiyyat nömrəsi verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Uçot nəzarət işi iki bölmədən ibarət olur:
– Birinci bölmədə obyektin fəaliyyətinə əsas verən materiallar, əşya və maddələrin alınmasına, daşınmasına, saxlanılmasına verilmiş xüsusi icazələrin kötüyü və bununla əlaqədar yazışma sənədləri, aşkar edilmiş çatışmazlıqlar haqqında məlumatlar, təqdimatların surəti, onlara verilmiş cavablar və görülmüş tədbirlər haqqında qeydlər toplanır;
– İkinci bölmədə obyekti mühafizə edən şəxsi heyətin siyahısı, əşya və maddələrin saxlanılmasına, daşınmasına və istifadəsinə məsul şəxslərin yoxlama materialları, məlumatlar, aktlar və raportlar toplanır.
Uçot-nəzarət işləri icazə sistemini həyata keçirən əməkdaşda saxlanılır. Obyekt ləğv olunduqda uçot-nəzarət işi arxivə təhvil verilir.