Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun görüşləri başa çatacaq.
Heftelik.az-ın Report-a istinadən verdiyi mılumata görə, günün ilk qarşılaşması Hamburq şəhərində, Gürcüstan və Çexiya milliləri arasında baş tutacaq.
Gürcüstanlılar F qrupunun ilk matçında Türkiyəyə (1:3), çexiyalılar isə Portuqaliyaya (1:2) məğlub olublar.
Bu qrupun digər oyununda, Dortmund şəhərində qardaş ölkə Türkiyə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Hesabında 3 xal olan kollektivlərdən biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək.
Günün son qarşılaşması isə Köln şəhərində gerçəkləşəcək. Belçika və Rumıniya komandalarının oyunundan sonra E qrupu da daxil olmaqla, II turun görüşləri başa çatacaq.
Qeyd edək ki, Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub. Rumıniya isə Ukraynanı üstələyib – 3:0.
AVRO-2024
22 iyun
II tur
F qrupu
17:00. Gürcüstan – Çexiya
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq, “Folksparkştadion”.
20:00. Türkiyə – Portuqaliya
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, “Siqnal İduna Park”.
E qrupu
23:00. Belçika – Rumıniya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln, “Reyn Enerqi” stadionu.