Dərbənddə silahlılarla toqquşma davam edir.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəhərdə terrorçularla silahlı toqquşma davam edir, köməyə gələn “Dagestanskie Oqni” rayonunun polis idarəsinin rəisi həlak olub.
Qeyd edək ki, Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.
Nəticədə 7-si polis olmaqla, 9 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.
Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.
***
saat 21.50
Dağıstanda hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.
Heftelik.az-ın xəbərinə görə, bununla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Milli Antiterror Komitəsi Respublika ərazisində əksterror əməliyyatı rejiminin tətbiq olunduğunu açıqlayıb.
Qeyd edək ki,Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa, Maxaçqalada polisə hücum edib. Dərbənddə kilsəyə hücum zamanı bir keşiş və kilsə mühafizəçisi həlak olub. Mahaçqalada polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.