Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1300 nəfərdən çox zəvvar dünyasını dəyişib, ölənlərin yarısından çoxu Misir vətəndaşıdır.
Heftelik.az-ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cələcil bildirib.
Nazir qeyd edib ki, Həcc zamanı ölənlərin sayı 1301 nəfərə çatıb, ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb.
Qeyd edək ki, həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib və onlardan yalnız 31 nəfərində Səudiyyə Ərəbistanının Həcc ziyarəti ilə bağlı müvafiq vizası olub. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.
Qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə orqanlarının həcc vizalarını yoxladıqları nəzarət məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar. Ölümlərin sayının belə çox olmasının da səbəbi məhz elə bu olub.
Həmçinin hazırda 25-i Misir vətəndaşı olmaqlaŞ 100-ə yaxın şəxsin itkin düşdüyü bildirilir.