Dəniz protesti haqqında ərizə SSRİ Dəniz Ticarət Gəmiçiliyi Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası limanında notariusa gəminin limana gəldiyi vaxtdan iyirmi dörd saat ərzində verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Dəniz protesti verilməsi zərurətini doğuran hadisə limanda baş vermişsə, protest hadisə vaxtından iyirmi dörd saat ərzində verilməlidir.