İbtidai istintaq və ya təhqiqat şəklində ibtidai araşdırma (bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər istisna olmaqla) yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət işinin başlanmasından sonra müstəntiq və ya təhqiqatçı bu Məcəllənin 85 və 86-cı maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişinə əsasən onu öz icraatına qəbul edir və müvafiq qərar çıxarmaqla iş üzrə ibtidai araşdırmaya başlayır.