Mənbəyi məlum olmayan (qanunsuz) silah-sursatın mağazaya qəbulu və ya onun satılması, xidməti və mülki silahın əldə edilməsinə xüsusi icazəsi olmayan şəxslərə silah-sursatın satılması, habelə Azərbaycan Respublikasının qanunvericilik aktlarının müddəalarının pozulması silah və sursatın satışına verilmiş xüsusi icazənin ləğv edilməsinə əsasdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Xüsusi icazə ləğv olunduqdan sonra orada saxlanılan silah və sursat ödənişlə götürülərək ərazi polis orqanı əməkdaşlarının iştirakı ilə onun sahibi tərəfindən satışa müvafiq xüsusi icazəsi olan digər ticarət obyektinə verilir.