Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ya onun yerli strukturlarının rəhbərlərinin vəsatəti ilə təbiəti mühafizə sahəsində çalışan işçilərə xidməti silahın yaşayış yerlərində saxlanılmasına xüsusi icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Dövlət orqanlarının və hüquqi şəxslərin hərbiləşdirilmiş mühafizə dəstələrinə avtomat silahının ayrılmasına yalnız müstəsna hallarda (külli miqdarda maliyyə vəsaitinin və sənədli qiymətli kağızların daşınması) Azərbaycan Respublikası Daxili İşlər Nazirinin icazəsi ilə yol verilir.