Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.
Heftelik.az-ın Rusiya KİV-nə xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.
Daha 44 nəfərin yaralandığı qeyd olunur.
Qeyd edək ki, iyunun 23-də Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.