Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə cərimə müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.