İcazə sistemini həyata keçirən əməkdaşa müraciət edən hüquqi və fiziki şəxslərin qəbulu üçün ərazi polis orqanlarının inzibati binasının birinci mərtəbəsində yerləşən, telefonla təchiz olunmuş xidməti otaq ayrılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Həmin otağın qarşısında müxtəlif növ xüsusi icazələrin (razılığın) alınması üçün təqdim olunacaq sənədlərin nümunələri, icazə sisteminə aid normativ sənədlərdən, qayda pozuntularına görə məsuliyyət haqqında qanunvericilik aktlarından çıxarışlar asılır.