İbtidai araşdırma ittiham aktının tərtib edilməsi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət işinin məhkəməyə göndərilməsi haqqında və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla qurtarır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İbtidai istintaqın aparılması məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərini apardıqdan sonra və hər bir halda cinayət işi başlanandan 10 (on) gün sonra təhqiqatçı müvafiq qərar çıxarmaqla cinayət işini müstəntiqə göndərir. Həmin qərarın surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.