Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinə mane olmaya görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinə mane olma, yəni:
– Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına maneçilik törədilməsinə;
– elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmamasına və ya buna maneçilik törədilməsinə;
– kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmamasına, zəruri məlumatların və sənədlərin, habelə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil edən sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb olunan səviyyədə təqdim edilməməsinə və ya gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə;
– dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçot hesabatlarının vaxtında təqdim edilməməsinə, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə –
vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min manatdan beş min manatadək məbləğdə cərimə edilir.