Notarius sübutların təmin olunması qaydasında şahidin dindirilməsi haqqında protokol tərtib edir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Protokolda aşağıdakılar göstərilir:

– dindirmə tarixi, dindirməni aparan notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;

– dindirmədə iştirak edən şəxslərin soyadı, adı və atasının adı;

– şahidin soyadı, adı və atasının adı, anadan olduğu il, yaşadığı yer;

– bilə-bilə yalan ifadə verməyə görə və ifadə verməkdən imtina etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsi haqqında qeyd;

– şahidin ifadəsinin məzmunu (ona verilmiş suallar və onlara cavablar).

Protokol şahid, dindirmədə iştirak etmiş şəxslər və notarius tərəfindən imzalanır.