Ödənilməmiş veksellər protest verilməsi üçün veksel üzrə ödəniş tarixi keçdikdən sonra, ertəsi gün də notarius tərəfindən qəbul edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Protest notarius tərəfindən tərtib edilməlidir. Protestdə aşağıdakı məlumatlar göstərilməlidir:
– protest verən şəxsin adı;
– protestin yönəldiyi şəxsin adı;
– protestin yönəldiyi şəxsdən ödənişi həyata keçirmək və ya aksepti icra etmək barəsində xahişlər edilməsinin nəticəsiz qaldığı və ya onu yerində tapmağın mümkün olmadığı və ya protestin yönəldiyi şəxsin yaşayış yerini və ya olduğu yeri müəyyənləşdirməyin mümkün olmadığı;
– nəticəsiz qalmış xahişin verildiyi və ya cəhdin edildiyi yer və gün.